Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT

“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb.

Bizim.Media report.az-a istinadən bəyanatın tam mətnini təqdim edir:

“Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi - “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk.

Fransa mediasının məlumatlarına (//courrierfrance24.fr/orano-envoie-secretement-des-dechets-dangereux-en-armenie-et-fait-des-dons-mysterieux-a-une-fondation-liee-au-premier-ministre-armenien) görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib.

Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır.
 

Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.


Fransa mediasının araşdırmaları göstərir ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb, ardınca Paşinyanın arvadı Anna Ankopyanın “Mənim Addımım” Fondunun hesabına bu sövdələşmənin mükafatı olaraq, fransız şirkətindən böyük məbləğdə şübhəli ianələr daxil olub.

Nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür.

18 Atom Elektrik Stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi narahat etməlidir.
 

Biz Ermənistanın ekoloji təşkilatlarını da bu ekoloji terroru dayandırmaq üçün ayağa qalxmağa çağırırıq. Fransa-Ermənistan cütlüyünün Espoo Konvensiyasının, Biomüxtəlifliyin Qorunması haqqında Konvensiyanın, Transsərhəd Su Resurslarının İstifadəsi və Qorunması haqqında Helsinki Konvensiyasının tələblərinə meydan oxumasına son qoyulmalıdır.


Ermənistan hakimiyyəti Fransa mediasında yayılmış məlumatları guya “dezinformasiya” adlandırsa da, faktı yerində yoxlamağa imkan vermir.

Biz - “Environmental Protection First (EPF)” Koalisiyası olaraq, baş nazir Nikol Paşinyanı Azərbaycan QHT-lərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digər beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə radiaktiv tullantılarla əlaqədar monitorinq aparmağa şərait yaratmağa çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO