Saakaşvili: Paşinyan mənim islahatlarımı təkrarlayır

"Mən Gürcüstanın birləşməsində və Qafqazın daha böyük birliyində həlledici rol oynamağa qadirəm. Bunu tarixi təcrübəm və nüfuzum sayəsində edə bilərəm".

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onlayn formatda qatıldığı məhkəmə iclasında deyib.

Saakaşvilinin sözlərinə görə, qarşıda Gürcüstanı xilas və böyük dirçəliş dövrü gözləyir.

"Müxtəlif siyasətçilərin qərarlarını gözləmək lazım deyil. Mən təbii ki, böyük, tarixi məsuliyyəti öz üzərimə götürürəm. Mən bilirəm ki, Gürcüstanın birləşməsində və Qafqazın böyük birliyində həlledici rol oynaya bilərəm. Tarixi təcrübəm, nüfuzum sayəsində regionun demək olar ki, bütün liderləri ilə çox yaxın əlaqələr saxlayıram.
 

Mənim yaxın əlaqələrim olmayanlar, məsələn, Paşinyan bizim həyata keçirdiyimiz islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərimizi təkrarlayır. Mərkəzi Gürcüstan olmaqla vahid Qafqaz yaxın gələcəkdə dünya səhnəsində çox böyük geosiyasi əhəmiyyətə malik oyunçuya çevriləcək. Qızılgül inqilabından sonra Gürcüstan artıq belə bir oyunçu idi. Sonra düşmənlərimizin dəstəyi ilə əks-inqilab oldu və biz o statusdan məhrum olduq, amma biz bunu dostlarımızın, o cümlədən, bildiyiniz kimi, hələ də prezident Zelenskinin yanında İslahat Şurasına rəhbərlik etdiyim ukraynalıların dəstəyi ilə qaytaracağıq. Həm də avropalıların və amerikalıların dəstəyi ilə”, - deyə Mixail Saakaşvili bildirib.


Bundan əlavə, o qeyd edib ki, Gürcüstanda vəziyyət dəyişən kimi Rusiya ilə viza rejimi və həmin ölkə ilə mülkiyyət münasibətləri sərtləşdiriləcək.

"Tariximizdə heç vaxt görmədiyimiz Gürcüstanı yaratmağın vaxtıdır. Biz İnşaatçı David və Kraliça Tamaranın dövründə olanı belə ötəcəyik. Çünki vəziyyət dəyişib, yeni şərait, qloballaşan dünya, burada öz şəxsiyyətimizi qoruyub saxlayacağıq. Biz müstəmləkə bədbəxtliyindən xilas olacağıq. Məsələn, bu gün Batumidə gürcü dilində söz eşidə bilmirsən - hər şey rus dilindədir. Gürcüstanda vəziyyət dəyişən kimi Rusiya ilə viza rejimi sərtləşdiriləcək, əmlak münasibətlərinə yenidən baxılacaq. Biz imkan verməyəcəyik ki, Gürcüstan gürcülərdən boşalsın və onların yerinə çukçilər, moldovanlar, başqırdlar, tatarlar, moskvalılar, peterburqlular məskunlaşsınlar. Ölkəmiz bizə məxsusdur”, - Mixail Saakaşvili vurğulayıb.(Teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

End of content

No more pages to load

RADİO