Paşinyan Rusiyanın ən varlı ermənisini həbs etdirdi – TƏFƏRRÜAT

Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıb.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Telegram səhifəsində bu mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bir sutkada Paşinyan həm Rusiyanın ən varlı ermənisini həbs etdirdi, həm də Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifədən azad etdi:
 

“Ermənistanın baş naziri Nikol Paşinyanın son qərarları onun əsəblərinin gərgin olduğunu və ölkədəki güc strukturlarına nəzarəti tam şəkildə ələ keçirmək istiqamətində daha aqressiv addımlar atdığını göstərir.



Məlum olduğu kimi, bir neçə gün əvvəl hökumətlə kilsə arasında gərginlik artmışdı. Paşinyan kilsənin siyasi təsirini qırmaq üçün kampaniyaya başlamış, bu isə ictimaiyyətdə və elita daxilində narazılığa səbəb olmuşdu. Məhz bu fonda baş verən son hadisələr Paşinyanın sistem daxilindəki "təmizləmə" əməliyyatını sürətləndirdiyini göstərir.

Dünən baş verən ən mühüm hadisələrdən biri Rusiyanın ən varlı ermənilərindən biri, milyarder iş adamı Samvel Karapetyanın həbsidir. Karapetyan Ermənistan energetika sektorunda – xüsusilə elektrik şəbəkələrində mühüm paya sahibdir və Kremlə yaxınlığı ilə tanınır. Onun evində xüsusi əməliyyat keçirilib və iki güc strukturu – Milli Təhlükəsizlik Xidməti (MTX) və Daxili İşlər Nazirliyi (DİN) bu prosesdə iştirak edib.

Mənbələrin bildirdiyinə görə, MTX rəhbəri Armen Abazyan Paşinyanın Karapetyanın həbsi ilə bağlı əmrini yerinə yetirməkdən imtina edib və bu səbəbdən səhər saatlarında işdən çıxarılıb.

Bu isə Abazyanın sistem içində müstəqil və ya balanslaşdırıcı fiqur olduğunu və Paşinyanın planlarına müqavimət göstərdiyini göstərir.

Abazyanın yerinə gətirilən şəxs – Andranik Simonyan – təhlükəsizlik sistemindən olmayan bir şəxsdir. Bu fakt Ermənistanda ciddi müzakirə mövzusudur. Ekspertlər bildirir ki, Simonyanın MTX rəhbəri təyin olunması Paşinyanın artıq hüquq-mühafizə orqanlarını tamamilə öz adamları ilə doldurduğunu göstərir. Bu şəxslər nəinki sistemdən kənardadır, həm də birbaşa Paşinyanın siyasi iradəsinə tabe olmağa hazır adamlardır.

Analitiklər hesab edir ki, bu qərarların Türkiyəyə planlaşdırılan rəsmi səfər ərəfəsində baş verməsi təsadüfi deyil. Paşinyan ehtimal olunan daxili müqavimətləri əvvəlcədən neytrallaşdırır. Samvel Karapetyan kimi nüfuzlu və Kremlin dəstəyinə malik bir fiqurun həbs olunması ilə
 

Paşinyan “həm Rusiya kapitalına, həm də daxili oliqarx sisteminə” qarşı sərt mövqe ortaya qoyur. Bu, həm də Moskvaya açıq mesaj kimi dəyərləndirilir.


Belə görünür ki, Paşinyan “proaktiv” hərəkət edir – yəni ehtimal edilən təhlükələri qabaqlamaq üçün əvvəlcədən zərbələr endirir. Amma bu cür addımlar onu həm daxili siyasi risklərə, həm də xarici təzyiqlərə qarşı daha həssas edə bilər. Xüsusilə Karapetyanın həbsi Rusiyanın qəzəbinə səbəb ola bilər, çünki o, Ermənistan-Rusiya iqtisadi münasibətlərində mühüm fiqur sayılırdı.

Qısası, Paşinyan təkcə kilsəyə deyil, həm də sistemə meydan oxuyur. İndi Ermənistanda bütün hüquq-mühafizə orqanları onun nəzarətindədir və bu, onun siyasi rəqiblərinə qarşı daha sərt metodlar tətbiq etməsinə imkan verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO