Ermənistanda yeni rüsvayçı qalmaqal: Qarabağ üçün yığılan 170 milyon dollar hara xərclənib?

Ermənistanda növbəti dəfə “Dağlıq Qarabağ” mövzusu ətrafında böyük bir maliyyə qalmaqalı alovlanıb. Söhbət 2020-ci ildə 44 günlük müharibə zamanı dünyanın müxtəlif ölkələrindəki erməni vətəndaşlarının və diasporunun "Artsax"a (Qarabağda sabiq separatçı rejim) yardım üçün topladığı 170 milyon ABŞ dolları məbləğində ianələrin aqibətindən gedir.

Bizim.Media xatırladır ki, 2020-ci ilin payızında – sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın "Hayastan Ümumerməni Fondu" “Biz və sərhədlərimiz” adlı kampaniya keçirmişdi.

Məqsəd "Artsax”dakı ermənilərə yardım" adı altında ianə toplamaq idi. Bu kampaniya nəticəsində təxminən 170 milyon dollar toplanmış və həmin məbləğ Ermənistan Mərkəzi Bankındakı xüsusi hesaba yerləşdirilmişdi.

Lakin 2020-ci ilin noyabrında məlum oldu ki, bu məbləğin təxminən 60 faizi (təqribən 105 milyon dolları) Ermənistan dövlət büdcəsinə yönəldilib. Sözgedən vəsaitin hara və necə xərcləndiyi ilə bağlı isə nə şəffaf hesabat, nə də ictimai məlumat mövcuddur.

Mətbuat və müxalifət nümayəndələri bu pulların ya şişirdilmiş qiymətlərlə satınalmalara, ya da ümumiyyətlə həyata keçirilməmiş layihələrə sərf edildiyini iddia edir. Məsələn, yalnız 11 milyon dolların guya zirehli jiletlərin alınmasına ayrıldığı, lakin ortada real məhsulun olmadığı bildirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan həmin dövrdə fondun himayəçilərindən biri olub və kampaniyanın mərkəzi fiqurlarından biri kimi çıxış edib.

Maraqlıdır ki, Paşinyan indi bu məsələdə öz hökumətini deyil, müxalifəti günahlandırır, təkcə pulların yoxa çıxmasına görə deyil, həm də araşdırmanın nəticəsiz qalmasına görə. 2021-ci ildə parlamentdə yaradılmış komissiya bu günə qədər heç bir rəsmi nəticə təqdim etməyib.

12 iyun 2025-ci ildə isə Paşinyan bəyan edib ki, müxalifət araşdırmanı sonlandırmayıbsa, məhkəməyə müraciət olunacaq və hökumətin bu pulların oğurlanmasında əli olmadığı “de-yure sübut ediləcək”.

Bu isə açıq-aşkar siyasi manipulyasiyadır: hökumət ictimai etimadı bərpa etmək əvəzinə, ittihamları dəyişdirməyə çalışır və bütün məsuliyyəti müxalifətin üzərinə atır. Əsas məqsəd – 2026-cı il parlament seçkiləri ərəfəsində özünü təmizə çıxarmaq və müxalifəti diskreditasiya etməkdir.

Bu qalmaqal, Ermənistanda "Artsax" adlandırılan, lakin əslində Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz müdaxilələrin və qeyri-qanuni qurumların maliyyələşdirilməsinin bariz nümunəsidir.

Ermənistan uzun illər ərzində Qarabağın demoqrafik strukturunu dəyişdirməyə, Azərbaycanın ərazilərində qondarma rejim yaratmağa, resursları qanunsuz şəkildə istismar etməyə, hərbi cinayətlər və etnik təmizləmə siyasəti aparmağa, humanitar yardım adı ilə korrupsiya sxemləri qurmağa çalışıb.

Məhz bu səbəbdəndir ki, hazırda Bakıda məhkəmə qarşısında cavab verən separatçılar – Arayik Harutyunyan, Bako Saakyan, Ruben Vardanyan və başqaları – həm terror, həm də dövlət əleyhinə fəaliyyətlərə görə mühakimə olunurlar. Onlar da məhz bu qeyri-şəffaf fondlar və diaspor ianələri hesabına özlərini legitimləşdirməyə və silahlı birləşmələr saxlamağa nail olmuşdular.

170 milyon dollar ətrafındakı qalmaqal bir daha göstərir ki, müharibə və humanitar yardım adı altında erməni siyasi elitası ciddi maliyyə fırıldaqları həyata keçirib.

Bu hadisə, Ermənistanın yalnız Azərbaycana qarşı deyil, eyni zamanda öz xalqına və diasporuna qarşı da məsuliyyətsiz və cinayətkar yanaşmasını nümayiş etdirir.

Bu cür fırıldaqların ifşası yalnız Ermənistan daxilində yox, beynəlxalq səviyyədə də işğalçılıq siyasətinin mahiyyətini üzə çıxarır və Bakıda davam edən separatçılarla bağlı məhkəmə proseslərini daha da haqlı və hüquqi əsaslı edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO