İrəvanın “sülhdənqaçma” OYUNU – “Ermənistan konstitusiyası dəyişməsə, sülh müqaviləsi imzalanmayacaq”

Son zamanlar xüsusən də Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasında israr edir. Ermənistan da özünü elə göstərir ki, guya sülh sazişinin ən qısa zamanda imzalanmasında maraqlıdır.

Lakin reallıqda İrəvan bu istiqamətdə hər hansı bir addım atmır. 

İki ölkə arasında sülhün əldə edilməsi üçün əsas maneələrdən biri Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları məsələsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?


Nə qədər ki, erməni konstitusiyasında bu iddialar yer almaqda davam edir, real sülhün əldə edilməsi də mümkünsüzdür.... 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, hər hansı bir ölkənin hökuməti konstitusiyaya zidd hər hansı bir anlaşma imzalayırsa, sonrakı mərhələdə bu mütləq mənada təftiş edilir: 

“Dövlətin davranışlarını təyin edən əsas hüquqi-siyasi sənəd onun konstitusiyasında əks olunur. İstisnasız olaraq bütün dövlətlərin Konstitusiyasında göstərilir ki, imzalanmış ikitərfəli müqavilələr, beynəlxalq sazişlər dövlətin Konstitusiyası ilə ziddiyyət təşkil edə bilməz. Ermənistan konstitusiyası da İrəvan üçün bu şəkildə bir hüquqi-siyasi sənəddir. Hər hansı bir hökumət konstitusiyaya zidd olan anlaşma imzalayırsa, mütləq sonrakı mərhələdə bu təftiş edilir və onun qanunauyğun olmadığı ortaya çıxır. Beləliklə də, imzalanmış sənəd qeyri-legitim sənəd hesab olunur”. 

Həmsöhbətimiz qeyd edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı məsələlərdə həmin məqam çox dərin şəkildə öz əksini tapıb: 

“Bir tərəfdən, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var, digər tərəfdən isə baş nazir Paşinyan sülh sənədini öz konstitusiyalarına zidd olaraq imzalamağı təklif edir. Beləliklə, imzalanmış sənədin qeyri-legitimliyilə bağlı bəri başdan ciddi konstitusion pozuntu hadisəsi baş vermiş olur”. 

Müsahibimiz deyir ki, Azərbaycana dövlət adından imzalanan sülh sənədi lazımdır: 

“Ermənistanda konstitusiya dəyişikliyi olmadan Paşinyan Azərbaycanla sülh və yaxud çərçivə sazişi imzalayıb və orada hətta ölkəmizə qarşı ərazi iddiasının olmadığını qeyd etsə də belə, bu sənəd legitim sayıla bilməz. Həmin sənəd sadəcə Paşinyanla Azərbaycan arasında imzalanmış sənəd olacaq. Azərbaycana isə dövlət adından imzalanan sənəd lazımdır. Paşinyan isə bunu istəmir. İmzalanmış sülh sazişinin legitim olması üçün o, Ermənistan konstitusiyasına zidd olmamalıdır. Daha sonra bu sənəd Ermənistanın konstitusiya məhkəməsində və parlamentində ratifikasiya edilməlidir. 

Sentyabrın 16-da ABŞ dövlət katibilə telefon danışığında Azərbaycan Prezidenti sülh üçün iki məsələni xatırlatdı. Birincisi Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiasının çıxarılması məsələsi idi. İkincisi isə, keçmiş problemin həlli üçün yaradılan keçmiş ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv olunmalıdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Biri düyü, biri neft göndərir

Biri düyü, biri neft göndərir

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO