İranın Yəzd əyalətində avtobus aşıb, çoxlu sayda ölən və yaralananlar var.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı İranın Qızıl Aypara Cəmiyyəti yayıb.
Mənbə qeyd edir ki, qəza nəticəsində 10 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanalara aparılıblar.
"Qəza yerinə Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterin də göndərilməsi planlaşdırılır", - deyə məlumatda vurğulanır.
Bizim.Media