Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) aviasiya korporasiyası ilə arsenalındakı Su-30 qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat yayıb.
Daha sonra isə dının çəkilməsini istəməyən Hindistan rəsmisi “Hindustan Times”a Ermənistanın Su-30-u HAL ilə təkmilləşdirməkdə maraqlı olduğunu təsdiqləyib.
Qeyd edək ki, HAL Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir. Hazırda Cənubi Asiya respublikası Rusiyadan gətirilənlər də daxil olmaqla, 270-ə yaxın belə maşınla silahlanıb.
Bizim.Media