İrəvanda yağan leysan yağışları nəticəsində daşqın olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, təkcə küçələri deyil, yeraltı keçidləri də su basıb. Həmçinin şəhərdəki stansiyası, supermarketlər su altında qalıb.
Qeyd edək ki, bölgədə güclü tufanla müşahidə olunan leysan yağışları davam edir.
Bizim.Media