"Biz yalnız iki şeyi - maşın sürməyi və yemək yeməyi tez edirik. Qalan şeyləri yavaş-yavaş edirik".
Bizim.Media xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
“Biz hökumət olaraq da yavaş-yavaş irəliləyirik”, - Paşinyan əlavə edib.
Onun sözlərinə görə, sürət peşəkarlığın bir hissəsidir:
"Biz müasir dünyadan geri qalırıq, çünki yavaş gedən millətik. Qaçmağı da yeriməyi də yavaş edirik".
Bizim.Media