2024-cü ilin birinci yarısında Ermənistanda ağır cinayətlərin sayı ötən illə müqayisədə 17,2% artıb.
Bizim.Media xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan Nazirlər Kabinetinin iclasında bildirib.
Mövzu ilə bağlı baş nazir Nikol Paşinyan da çıxış edib. O, belə cinayətlərin sayının artmasını 44 günlük müharibədən sonra yoxa çıxan silahlarla əlaqələndirib.
Paşinyan Daxili İşlər Nazirliyinin qanunsuz silahların axtarışına yenidən baxılmasını yüksək qiymətləndirib və qeyd edib ki, gələcəkdə qanuni silahların sərbəst satışı məsələsini öz üzərinə götürəcək.
Bizim.Media