Ermənistanın Rusiyadakı yeni təyin olunan səfiri Qurgen Arsenyan etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Rusiya-Ermənistan münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Qurgen Arsenyan Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından deputat olub. O, mandatından imtina etmək üçün bir neçə gün öncə parlament sədrinə ərizə təqdim edib.
Bizim.Media