“Rusiya ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır, bununla bağlı bütün tərəflərin maraqları qeyd-şərtsiz nəzərə alınır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib.
O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini xatırladıb:
“Bu, bəyanat, regionda nəqliyyat marşrutlarının açılmasından bəhs edir. Rusiya tərəfi isə öz öhdəliklərinə 100 faiz sadiq qalır. Biz əminik ki, belə formul təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların, mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran və Türkiyənin maraqlarına cavab verir”.
Bizim.Media