İsrail yenidən İranı HƏDƏF ALDI – Tehran bu dəfə də SUSACAQ?

Xəbər verdiyimiz kimi, İsrail İranın Suriyadakı bazalarına aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Zərbələrin bazar günü axşam Həma əyalətinin Masyaf şəhəri yaxınlığında həyata keçirildiyi qeyd edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

İrandan sensasion QƏRAR: "İsrail VURULACAQ!"


The Times of Israel” qəzeti yazır ki, İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Qeyd edək ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

Xatırladaq ki, bundan bir ay əvvəl İranda HƏMAS lideri İsmail Haniyə öldürülüb. Hadisədən dərhal sonra Tehran olayı İsrailin törətdiyini əsas gətirərək, cavab zərbəsi endirəcəkini bəyan edib. Lakin Amerika təyyarə daşıyan gəmilərinin bölgəyə gəlişindən sonra İranın qisas çağırışlarından əsər-əlamət də qalmayıb.

Görəsən, İran yenə də səsini çıxarmayacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, İran Təl-Əvivlə açıq döyüşdən çəkinir, ona görə də İsrailə cavab zərbələri endirməkdə maraqlı deyil:

“İran rəsmiləri hələ Qasım Süleymani olayında və nəhayət HƏMAS lideinin Tehranda vurulmasından sonra da ən üst səviyyədə qisas əməliyyatı həyata keçirəcəklərilə bağlı çağırışlar etdilər. Amma nəhayət etibarı ilə bu çağırışlar elə çağırış olaraq da qaldı. İran tərəfindən İsrail ərazisi raket atəşinə tutulduğu dönəmdə də sadəcə olaraq, qısa müddətli və uğursuz əməliyyat həyata keçirildi. Belə hesab edirəm ki, bu da razılaşdırılmış və ən azından əvvəlcədən xəbərdarlıq edilmiş hücum idi. Görünən odur ki, İran İsraillə açıq döyüşdən çəkinir. Ona görə də İsrailə cavab zərbələri endirməkdə maraqlı deyil”. 

Müsahibimizin fikrincə, mümkün hücumların nəticəsi də əvvəlcədən bəllidir:

“İran rəsmiləri son bir neçə il ərzində yürütdüyü siyasət nəticəsində sanksiyalara məruz qalıb. İranda yeni texnologiya faktiki olaraq yoxdur, silahlar müasir deyil. Belə arsenalla isə İsraillə açıq müharibəyə daxil olub, nəyəsə nail olmaq da mümkün görünmür. Ona görə də rəsmi Tehran sadəcə olaraq etiraz bəyanatları verməklə kifayətlənirlər. İran bundan sonrakı dönəmdə də İsraillə açıq qarşıdurmaya getməyəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Biri düyü, biri neft göndərir

Biri düyü, biri neft göndərir

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

End of content

No more pages to load

RADİO