Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində 2 məhbus və 2 məhkum aclıq aksiyası keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə aclıq aksiyası keçirənlərdən birinin vəziyyətinin ağır olduğunu qeyd edib.
Etiraza səbəb onlara qarşı qaldırılan cinayət təqibi ilə razılaşmamalarıdır.
Bundan əlavə, məhkumlardan biri onu özəl tibb mərkəzinə köçürməkdən imtina edildiyinə görə aclıq elan edib, digəri isə cəzaçəkmə rejiminin yumşaldılmasını tələb edir.
Bizim.Media