Erməni blogerdən ETİRAF: “Sərhəddəki Aİ missiyası kəşfiyyatçılardan ibarətdir” – ÖZƏL

“Sülh istiqamətində iş aparılır, bu işin əla nəticələri var. Başa düşmək lazımdır ki, çoxlu sayda hərbi əsirlərin dəyişdirilməsi və sərhədin delimitasiyası hər iki ölkənin dövlət xidmətlərinin gərgin birgə işinin nəticəsidir və bunu inkar etmək olmaz”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan deyib. Azərbaycanla Ermənistan arasında sülh üçün addımların atıldığını və bəzi qüvvələrin buna əngəl olduğunu deyən Verdyan, daşnakların istəklərinə nail ola bilməyəcəyinə diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddə Ermənistanın bir çox kəndləri tamamilə boşalıb - Kütləvi köçə səbəb nədir?


“Əslində, barışıq istiqamətində çox müsbət real addımlar atılıb və əminəm ki, bu iş davam edir. Ümidvaram ki, ölkələrin dövlət xidmətləri arasında belə birgə iş sistemli xarakter alacaq və proseslər sürətlə davam edəcək. Sülh yolunda maneələrə gəlincə, onları daşnaklarla birlikdə cinayətkarların rəhbərlik etdiyi qondarma “Qarabağ klanı” yaradır. Təbii ki, onlar ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrdən gələn tam kənar dəstək alırlar. Düşünürəm ki, biz buna ellipsis qoya bilərik”, - deyə İ.Verdyan qeyd edib.

“Aİ missiyası kəşfiyyatçılardan ibarətdir”

Ermənistandakı Avropa missiyasının fəaliyyətinin qonşu ölkələrə qarşı kəşfiyyat aparmasını şərh edən Verdyan, Ermənistanın missiyanın fəaliyyətini süni olaraq şişirtdiyini bildirib:

“Ermənistan və Azərbaycan Avropa İttifaqı üçün bərabər məsafədədirlər. Bu kontekstdə diqqət yetirin ki, müşahidə missiyası kəşfiyyatdan başqa bir şeylə dolanmağı bilməyən təqaüdçü kəşfiyyat mütəxəssislərindən ibarətdir. Ermənistandakı bu mütəxəssislər isə daxildən Ermənistanın bütün strateji zəifliklərinə məruz qalırlar.

Ermənistan hakimiyyəti bu komissiyanın fəaliyyətini açıq-aşkar şişirdir, bəzən öz nailiyyətlərini də onlara bağlayır. Məsələn, çox vaxt Ermənistan hökumətinin üzvləri sərhəddə sülh və əmin-amanlığı bu komissiyanın xidməti hesab edirlər. Ona görə də çox yaxşı olardı ki, Ermənistan ilk növbədə bu kəşfiyyatçıların əlində olan öz strateji məlumatlarının üzərində düşünsün”, - deyə İ. Verdyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

End of content

No more pages to load

RADİO