ABŞ-ın Ermənistan üzərindən qurduğu planların konturları GÖRÜNDÜ – Yeni müharibə başlayır?

Cənubi Qafqazda gərginlik artır. Qərbin təzyiqləri ilə Ermənistanda isə müharibə təhlükəsi günbəgün artır.  ABŞ və Avropa İttifaqı açıq şəkildə bölgədə yeni müharibə ocağı yaratmağa çalışır. 

Təbii ki, bu məsələdə Vaşinqton daha çox Ermənistana “stavka” edir Dini və saxta erməni təəssübkeşliyini irəli sürən Amerika Ermənistanı qızışdırmaqla kifayətlənməyib həm də bu ölkəyə hərbi və digər yardımlar edir. 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir:

“Son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var.  Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

XİN: “Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir” - VİDEO


Son 4 ildə ABŞ Ermənistanda 13 hərbi-bioloji laboratoriya yaradıb. 

Ermənistana ən çox hərbi yardım göstərən ölkə ABŞ-dır. Məhz Pentaqonun dəstəyi ilə Ermənistanda hərbi laboratoriyalar yaradılıb. Bu laboratoriyada dəhşətli bioloji sınaqlar həyata keçirilir. Bundan başqa Vaşinqton Ermənistana davamlı olaraq maliyyə və hərbi yardımlar edir. Eyni zamanda, iki ölkənin birgə hərbi təlimləri keçirilir. Sonuncu dəfə belə hərbi təlim iyulun 15-də başlayıb. “Eagle Partner 2024”adlanan hərbi təlimlər 10 gün davam edən təlimlər iyulun 24-də başa çatıb.

Təlimdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edib. 

Hərbi təlimlərin sülhməramlı məqsəd daşıdığı deyilsə də, hədəf başqadır. Hədəf müxtəlif yollarla ABŞ hərbçilərini Ermənistana yerləşdirmək və gələcəkdə onlardan qonşu dövlətlərə qarşı hərbi müdaxilədə yararlanmaqdır. Nəzərə alaq ki, bu ilk birgə hərbi təlim deyil. Bundan əvvəlki təlimdə Amerikanın 100-ə yaxın hərbiçisi iştirak etmişdi. Lakin təlim başa çatandan sonra Amerikalı hərbçiləri Ermənistanda qalıb fəaliyyətlərini davam etdirdilər. 

Ermənistan yeni müharibəyə hazırlanır

Ermənistan üçünsə hədəf çoxdur. Bu müharibə Azərbaycanla, Türkiyə, Rusiya və hətta Gürcüstanla da ola bilər. Çünki, ermənilərin bütün qonşu dövlətlərə bu və digər şəkildə müxtəlif iddiaları var. 

Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bu məsələnin üzərində xüsusilə dayanıb:

“Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır”.

Nazir qeyd edib ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur:

“Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”.

İddialar ortadan qaldırılmır

Təbii ki, sülhdən danışan Ermənistanın eyni zamanda öz iddialarından geri çəkilməməsinin səbəbi ABŞ, Fransa və digər dövlətlərdir. Bu dövlətlərin hədəfi budur ki, Ermənistanın vasitəsi ilə Cənubi Qafqaza soxulsunlar. Buradan əzəli rəqibləri Rusiyaya daha yaxın olsunlar. Tədricən Rusiyanın bölgədən, daha dəqiq desək Ermənistandan çıxarılmasına nail olsunlar. 

Bundan sonra isə hədəf Azərbaycan və İrandır. Məlumdur ki, 44 günlük müharibənin nəticələri, ondan sonra keçirilən antiterror əməliyyatları və son nəticədə Azərbaycanın süveren hüquqlarınının, ərazi bütövlüyünün bərpa olunmasında ABŞ-ın payı olmadı.

Üstəlik, Ermənistanla Azərbaycan arasındakı ilkin sülh anlaşmasında da Vaşinqton heç bir statusla iştirak etmədi. Üstəlik, son 4 ildə Azərbaycanın regional gücə çevrilməsi Ağ Evdəkilərin planlarına daxil deyil. Onlar qətiyyətli yox, daha üzüyola bir Azərbaycan görmək istəyirlər. Amma reallıqlar bunun əksini göstərir. 

Ona görə də Vaşinqton Azərbaycanın qətiyyətini sındırmaq üçün daha həssas yerdən - Ermənistandan hücum planı hazırlayır. 

Bu planın çox çirkin məqamları artıq sezilir. Məsələn ABŞ çalışır ki, sülh sazişi layihəsinə ermənilərin Qarabağa qayıdışı məsələsi də əsas bəndlərdən biri kimi salınsın. Bu isə Azərbaycana qarşı ərazi iddiasının yeni formasıdır. 

Bundan əlavə, Vaşinqton Ermənistanla Azərbaycan arasında ədalətli və dayanıqlı sülh yox, kövrək və hər an pozulmağa hazır olan sülh sazişi istəyir. Çünki pozulan sülh sazişi müharibəni zəruri edir. Ona görə də ədalətli sülhün bərqərar olması üçün ABŞ Ermənistana təzyiq etmir.


Əksinə, bütün vasitələrlə sülh sazişini ertələməyə çalışan Vaşinqton münaqişənin yenidən alovlanması zərurətini yaratmağa çalışır. Elə son günlər atəşkəsin tez-tez pozulması bunun sübutudur. 

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

Neymar özünə şəhər TİKİR

Neymar özünə şəhər TİKİR

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

End of content

No more pages to load

RADİO