Xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın xaricdəki səfirlərini Qazax rayonunun sərhədində yerləşən Kirants gəndinə gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "hraparak.am" saytında yer alıb.
Mənbə yazır ki, səfər Xarici İşlər Nazirliyinin mərkəzi aparatının və xaricdəki səfirlərin illik seminarı çərçivəsində baş tutub.
Diplomatlar Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhəddə aparılan infrastrukturla tanış olublar.
Bizim.Media