Bu gün İranın Avstriyadakı səfiri sosial media hesabında paylaşımına görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mehr News” nəşri yazıb.
Mənbə qeyd edir ki, İranın Avstriyadakı səfiri üzərində “Hizbullah qalibdir” mənasını verən Quran ayəsinin yazıldığı Hizbullah bayrağının təsvirini paylaşıb.
Avstriya XİN İran səfirini çağıraraq bildirib ki, "səfirin paylaşımında Hizbullah bayrağının istifadə edilməsini qətiyyətlə pisləyirik”.
Bizim.Media