Sevginiz elə bu qədərmiş… - Artıq ermənilər də Makronun yalanlarına İNANMIR

Makron və onun silahdaşları erməni sevdasını nə qədər sübut etməyə çalışsalar da, əksər ermənilər buna inanmır. Bu cür canfəşanlığın siyasi məqsədlər üçün edildiyini çoxları anlayır. 

Məsələn, erməni politoloq Qaqik Ambaryan yazır ki, Fransa Prezidenti Emmanuel Makronun “Ermənistanla bağlı tarixi qərar verildi” açıqlamasına sevinənlər unutmasınlar ki, 1921-ci il oktyabrın 20-də Kilikiyanı Türkiyə nəzarətinə verən Fransa olub:

“NATO üzvü olan Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək. Fransa ermənipərəst bəyanatlardan başqa bizim üçün heç nə etməyib. Deməyib ki, “rusları Ermənistandan çıxarın, gəlib etibarlı tərəfdaş və təhlükəsizliyin təminatçısı kimi onları əvəz edəcəyik”.

Vaşinqton, Paris, Moskva, Tehran və güvəndiyimiz digər “paytaxtlar” nəinki problemlərimizi həll etməyəcək, həm də bizim hesabımıza türklərlə münasibətlərini yaxşılaşdıracaqlar”, – deyə Ambaryan bildirib.

Ambaryan fikirlərində tamamilə haqlıdır. 

Fransanın siyasi dairələrinin canfəşanlığının 2 səbəbi var. Bunun biri erməni diasporunun maddi imkanlarından faydalanmaq və özünü ermənilərin “xilaskarı” kimi göstərməkdir. Digər səbəbsə Fransa Ermənistan kartından istifadə etməklə Azərbaycan, Türkiyə, Rusiya və hətta İrana müəyyən təzyiqlər etməkdir. 

Fransa prinsipcə hər zaman erməniləri yarıyolda qoyub. Bunun ən böyük sübutu ötən əsrin əvvəllərində baş verənlərdir. Məlumdur ki, Birinci Dünya Müharibəsində Osmanlı İmperiyası ağır zərbə aldı. Bunun əsas səbəbi osmanlıların müttəfiqi olan Almaniya və İtaliyanın müharibədə uduzması və Osmanlı İmperiyasının iqtisadi və hərbi cəhətdən zəifləməsi idi. 

Lakin məğlubiyyətdə ermənilərin də az da olsa “əməyi” oldu. Məlumdur ki, Osmanlı ordusunda çox sayda erməni paşaları vardı. Müharibənin qızğın vaxtlarında həmin “paşa”lar erməni xislətlərinə uyğun olaraq türklərə xəyanət edərək bütün kəşfiyyat və əməliyyat planını qarşı tərəfə Fransa, Rusiya və İngiltərəyə verirdi. 
Bunun müqabilində isə qərblilər ermənilərə Türkiyə ərazisində yeni dövlət vəd edirdi. Qeyd edək ki,  1919-cu ildə Paris sülh konfransında hazırlanmış Sevr sülh müqaviləsi Osmanı İmperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci Dünya Müharibəsinin qalib dövlətləri ilə yanaşı, Ermənistan da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. 

Lakin o zaman Osmanlı parlamenti ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etdi. Sultansa onu ratifikasiya etmədi. Bu zaman Ermənistan Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Lakin Mustafa Kamal Paşanın rəhbərliyi ilə Türk ordusu işğal olunmuş torpaqları qısa zamanda azad etdi. 

Sentyabrın 29-da Sarıqamış, sonra isə Ərdəhan ermənilərdən geri alındı. Çıxılmaz vəziyyətə düşdüyünü görən erməni-daşnak hökuməti türklərin azadlıq yürüşünü dayandırmaq üçün Qərb dövlətlərinə, "bütün sivilizasiyalı dünyaya", müttəfiqlərə müraciət etdi. 

Lakin türklərin uğurlu, ədalətli mübarizəsi bu cür "müraciətləri" cavabsız qoydu. Oktyabrın 30-da türklər Qarsa daxil olaraq, Aleksandropol (Gümrü) istiqamətində hücumu davam etdirdilər. Ermənistanın ABŞ, BöyükBritaniya, Fransa və İtaliyaya yeni müraciətləri də cavabsız qaldı. Nəhayət noyabrın 18-də Ermənistan barışıq imzalamağa məcbur oldu. 1920-ci il dekabrın 2-də isə təslimçi Gümrü müqaviləsini imzalandı. 

Qaqik Ambaryan da məhz fransızların bu xəyanətini xatırladır.

Ümumiyyətlə, Fransa əleyhdarlarının sayı Ermənistanda durmadan artır. Məsələn, Ermənistan mətbuatına müsahibə verən “Luys” analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan sözlərinə görə, dünyada elə bir ölkə tanımıram ki, Şimali Atlantika Alyansı (NATO) sülh naminə ora girib dəstək nümayiş etdirsin:

“Eyni zamanda bilirəm ki, NATO-ya üzv ölkələri, xüsusən Fransanı Afrikadan qovurlar. Bütün təbii sərvətlərin olduğu Afrika qitəsində onilliklər ərzində insanlar qul kimi yoxsul yaşayıblar. Nəyə görə? Çünki onları soyublar. Bir misal çəkim: bir kiloqram uranın qiyməti iki yüz dollardırsa, fransızlar onu Afrikada yarım sentə alırlar. Soyğunçuluğun səviyyəsini təsəvvür edin”.

Ayak Ayvazyan daha sonra Ermənistanın kənardan idarə olunan dövlət olduğunu bildirib:

“Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Qərb Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Əks təqdirdə mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə gətirib çıxaracaq. Yəni Qərb yeni müharibəyə təhrik edir və Fransa bu rolu öz üzərinə götürüb”.

Daha bir ifşaedici münasibətsə Ermənistanın “Verelg” nəşrindən gəlib. Nəşrdə dərc olunan məqalədə bildirilir:

“İkinci Qarabağ müharibəsi və Azərbaycanın Qarabağda suverenliyini və ərazi bütövlüyünü bərpa edən zaman Paris nəyəsə nail ola bilmədi. Ölkələrin daxili işlərinə qarışmaq siyasətinə son qoyulmalıdır. Ən əsası isə Parisin öz maraqlarını təmin etmək məqsədilə ermənilərdən istifadəsinə son qoymağın vaxtıdır”.

Bütün bu faktlar sübut edir ki, artıq erməni cəmiyyətində fransafobiya formalaşmaqdadır. Həqiqəti bilən ermənilər artıq Fransaya qarşı təşkilatlanma mərhələsindədir. Bu da Fransanın Cənubi Qafqaz planlarının daha tez fiaskoya uğrayacağına zəmanət verir.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO