Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana hərbi texnika göndərmə cəhdinin qarşısını alıb.
Bizim.Media Rusiya Federal Gömrük Xidmətinin rəsmi saytına istinadla xəbər verir ki, Uralın cənubundan olan bir nəfər kuryer xidməti vasitəsi ilə tank stabilizatorunun ehtiyat hissələrini Ermənistana göndərməyə cəhd edib.
Məlumatda bildirilir ki, stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur.
Qeyd edilib ki, bu məhsullar Rusiya Federasiyasının Müdafiə Nazirliyinin əsas raket və artilleriya şöbəsinin nomenklaturasına aiddir, pulsuz satışı qadağandır və Rusiya xaricinə ixracı xüsusi lisenziya əsasında həyata keçirilir.
Aşkar edilmiş faktla əlaqəli cinayıt işi başlanılıb.
Bizim.Media
