İrəvanın Qarabağ ermənilərinə canı yanırsa, niyə onları DİDƏRGİN SALIB? – TƏHLİL 

İrəvanın Qarabağ ermənilərinə canı yanırsa, niyə onları DİDƏRGİN SALIB? – TƏHLİL 
Erməni mətbuatı yazır ki, son bir ayda Ermənistanı Qarabağdan gələn 17 min erməni tərk edib. Kifayət qədər maraqlı faktdır. Belə çıxır ki, Qarabağdan gedənlərin çox böyük hissəsi artıq Ermənistanı tərk edib. Bu da o deməkdir ki, onları Qarabağa qayıtmaq məsələsi birdəfəlik qapanıb.

Bəs, Ermənistanı kimlər tərk edir?

Məlumdur ki, 1990-2020-ci illər arasında Qarabağa dünyanın müxtəlif ölkələrindən çoxlu sayda erməni ailələri köçürülüb, gətirildi. Xarici ölkələrdəki erməniləri Qarabağ və ətraf ərazilərdə məskunlaşdırmaqla Ermənistanın siyasi hakimiyyəti zənn edirdi ki, bu yolla işğal altında olan ərazilərə sahiblənəcək və buradakı əhalinin sayını artıracaqlar. 

Burada başqa bir niyyət də var idi. 

Məlumdur ki, Ermənistanda müəyən düzəni və dolanışığı olan heç bir ailə müvəqqəti işğal zonasını özünə “yurd” etməzdi. Ona görə də Yaxın Şərqdə acından ölən erməni ailələrinin Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumata görə təkcə Livandan son 30 ildə Qarabağ və ətraf ərazilərə 1200-dən çox ailə köçürülüb. 

Yalan vədlərə inanıb, Azərbaycan torpaqlarına gələn ermənilər yeni “yuvalarında” da özlərinə bir güzəran qura bilmədilər. Çünki Ermənistan hökümətinin onlara iqtisadi dəstəyi yox dərəcəsində idi. Üstəlik, məcburi məskunlaşan ermənilərin övladları hərbi səfərbərliyə cəlb edilir, Azərbaycana qarşı vuruşmaq məcburiyyətində qalırdı. 

Əslində Ermənistan hakimiyyətinin də məqsədlərindən biri də gəlmə ermənilər vasitəsi ilə Azərbaycan arasında “bufer zona” yaratmaq idi. Yəni Ermənistan hökümətinin ön cəbhəyə miqrantları yerləşdirmək və arxada öz təhlükəsizliklərini təmin etmək kimi bədnam bir planı vardı. 
Qarabağa və ətraf ərazilərə yerləşdirilən ermənilər bir çox hüquqlardan məhrum idi. Qarabağda məskunlaşan ermənilərin çoxunun pasportu yox idi.

Niyə daha əvvəl getmədilər?

Ona görə də həmin ermənilər Qarabağdan qaça bilmirdilər. Yeganə çıxış yolu Ermənistan idi. Ermənistandan xarici ölkələrə çıxış isə hava yolu ilə mümkün idi. Pasportu olmayan şəxs də təbii ki, xaricə uça bilməzdi. Üstəlik, qaçmaq istəyən ermənilər aşkarlanan kimi zorla geri qaytarılırdı. 

Bu qadağa yalnız 44 günlük müharibədən sonra aradan qaldırıldı. 

Çünki Qarabağ və ətraf ərazilərdən çıxan minlərlə ermənini yedirtməyə, saxlamağa Ermənistanın gücü çatmırdı. Ona görə də Ermənsitana gələn “qaçqınlara” ölkəni sərbəst şəkildə tərk etmək imkanı verildi. 

Sentyabrın 19-dakı lokal antiterror tədbirlərindən sonra da xeyli sayda erməni Ermənistana qayıtdı. Ermənistan höküməti “ipi çəkilmiş bomba”ları, təbii ki, İrəvana buraxmadı. Onlar əsasən ucqar bölgələrə yönləndildilər. Bununla da Paşinyan iqtidarı həm İrəvandakı narazı elektoratın artmasının qarşısını aldı, həm də ölkə üçün “ucuz işçi qüvvəsi” əldə etdi. 

Hadisələrin sonrakı inkişafı isə “qaçqınalar”ın Ermənistanı tərk etmək zərurətini ortaya qoydu. 

Çünki “qaçqınlar”ın bölgələrdə nə mənzil, nə də ki, iş hüququ tanınmadı. Ona görə də Paşinyanın yalanlarına dözməyən “qaçqınlar” yavaş-yavaş ölkəni tərk etməyə başladılar. 

Əslində bu proses ən çox Paşinyanın işinə yarayır. Ona görə ki, “qaçqınlar”ın gedişi hökümətin qayğılarını xeyli azaldır. Ən əsası narazı eloktoratın sıraları zəifləyir. Ona görə də bir ay ərzində 17 min “qaçqın”ın Ermənistanı tərk etməsində təəccüblü bir şey yoxdur. Bu reallığa uyğun bir prosesdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO