İranı qorxuya salan sonuncu TÜRK HƏRƏKATI – Pişəvərinin ölümündə ERMƏNİ İZİ

Bu gün İranda sonuncu türk inqilabı, 21 Azər hərəkatının ildönümüdür. 

1945-ci ilin dekabrın 12-də Təbrizdə 21 Azər hərəkatı qalib gəlir. 21 Azər hərəkatı Azərbaycan xalqının milli mübarizə tarixində ən şanlı və fəxrlə yad ediləcək səhifələrdəndir. Bu hərəkat öz mahiyyətinə görə anti-imperialist və milli-demokratik xarakterli xalq hərəkatı idi. Bu inqilab Tehrandakı səltənət rejimi, daxili irtica əleyhinə üsyan idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkofobiyadan yaranan DÖVLƏT – İran necə quruldu və onun missiyası nədir? – TARİXİ FAKTLAR


Milli hökumətin fəaliyyəti

Güney Azərbaycandakı milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələnir. 1945-ci il dеkаbrın 20-də Аzərbaycan İran hökumətinin zülmündən хilаs еdildi və Аzərbаycаndа xаlq hаkimiyyəti quruldu. 1945-ci ilin dekabrın 25-də Аzərbаycаn Milli Məclisi Хаlq Qоşunlаrının yаrаdılmаsı hаqqındа qаnun qəbul edir. 1946-cı il aprel 8-də hökumətin qərarı ilə mədənlər, bütün yeraltı və yerüstü sərvətlər milliləşdirilir. Qadınlara kişilərlə bərabər hüquqlar verildi. 

Müsadirə olunmuş torpaqlar 1 milyon kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz bölüşdürüldü. 21 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunu” verildi. Bununla dа Аzərbаycаn kəndlərində mülkədаrlаrın hökmrаnlığı аrаdаn qаldırıldı. Azərbaycan bаnkı yаrаdıldı. 

Milli Hökumətin 6 yanvar 1946-cı il tarixli qərarı ilə Azərbaycan dili rəsmi hökumət və maarif dili elan olundu. Kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb istifadəyə verildi. Təhsilin pulsuz olması haqqında qərar verildi. 12 iyun 1946-cı il tarixində universitet açıldı. 

Hərəkat necə yatırıldı?

1946-cı ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi, habelə erməni hiyləsinə uyan Stalin rejiminin hərəkata ciddi dəstək verməməsi səbəbindən şah rejimi tərəfindən devrilir. Nəticədə hərəkatın 25 min nəfərdən çox üzvü güllələndi, 100 mindən çox adam sürgün edildi. 

Təbrizin şah rejimi tərəfindən işğalından sonra, Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvəri SSRİ-yə gəlir. Burada da o, güneylə bağlı fəaliyyətini davam etdirir, şah rejiminin irticasından qaçan cənublu fəalların yerləşdirilməsində fəal iştirak edir. 

Pişəvərinin ölümündə erməni izi

Ancaq Pişəvərinin bu fəaliyyəti bir çox qüvvələri narahat edirdi. 1947-ci ilin 11 iyulunda Pişəvəri müəmmalı avtomobil qəzasından sonra dünyasını dəyişir. Lakin əksəriyyət hesab edir ki, hadisə əslində qəsdən törədilmiş qəza olub. Məqsəd isə Pişərəvini aradan götürmək idi. 

Tarixçi alim, Zaur Əliyevin araşdırması göstərir ki, qəzaya uğrayan avtomobili idarə edən şəxs Karnik Melixyan adlı erməni olub. 

Tarixçi alim bildirir ki, həmin erməninin atası İranda Daşnaksütyun Partiyasının lideri olub. Arvadı isə vaxtilə Böyük Britaniyanın İrandaki səfirliyində işləyib. Karnik Melixyanın adına Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin şöbəsində şəxsi vərəqə açılıb: 

“1944-49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Komitəsi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması DTK rəhbəri Yemelyanova məlum idi. 
Melixyan Yevlaxın 14 kilometrliyində maşını qəzaya uğratmışdı. Guya maşını gecə vaxtı sürdüyündən sükan arxasında onu yuxu tutubmuş. Sürücüdən soruşan olmamışdı ki, sükanın ikiyə bölünməsinə baxmayaraq, sənə heç bir xətər dəymədiyi halda necə olub ki, sənin yanında əyləşən Pişəvəri qabırğası əzilmiş, ayağı sınmış, başı yaralanmışdı? 

Pişəvərinin həyatına necə son qoyuldu?

Maşın qəzasında Pişəvərinin sağ qalması "əməliyyatın" tam həyata keçirilməməsi demək idi. 1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə olub. Həkimlərdən xahiş edir ki, Bakıdan doğma qardaşını gətirsinlər, o, həkim-cərrahdır. Əvəzində Xankəndindən (Stepanakertdən) cərrah Ərsiyan gəlir. Pişəvəri Gəncədəki iyirmi yaşlı oğlunu yanında görmək istəyir.

Lakin oğluna da xəbər çatdırmırlar. Yalnız ertəsi günü, iyulun 12-də Bakıdan həkimləri və şəfqət bacılarını gətirən təyyarə Yevlaxa endi. Amma artıq gec idi. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı. Erməni həkimi Ərsiyanın vurduğu zəhərli iynə onun həyatına son qoydu”.
Beləliklə bu açıqlama göstərir ki, Seyid Cəfər Pişəvərinin öldürülməsində də erməni izi var. Hər zaman xəyənatkar mövqeyilə seçilən ermənilər bununla əslində dünya imperalizminin və İranın şah rejiminin maraqlarına xidmət ediblər.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

Amerikalı jurnalist Ukraynaya qarşı döyüşəcək - Rusiya MN ilə müqavilə imzalayıb

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

End of content

No more pages to load

RADİO