Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fransalı həmkarı Ketrin Kolonna ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutan görüş zamanı tərəflər İrəvan-Bakı münasibətlərindəki son vəziyyətdən danışıblar.
Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə edilib.
Bizim.Media