Qırğızıstan parlamentində rus dili ilə bağlı qərar verilib.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, qərara əsasən məktəblərdə rus dili və ədəbiyyatı dərslərinin saatları azaldılacaq.
Mənbə yazır ki, nazir, deputat və digər dövlət nümayəndələrinin parlamentdə rus dilində çıxış etməsi qadağan ediləcək:
"Dövlət idarələrində yalnız qırğız dilindən istifadə ediləcək".
Həmçinin, Sovet dönəmindən qalan rayon və qəsəbə adları ləğv ediləcək.
Xatırladaq ki, Qırğızıstan parlamenti ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini də təsdiqləyib. İdeya müəllifləri bayraqdakı şüaların formasının dalğavaridən düzə dəyişdirilməsini təklif ediblər.
Bizim.Media