Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkə ərazisində keçmiş Qarabağ rejiminin “dövlət qurumlarının” olmasına qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda o, separatçıların “dövlət qurumlarının” saxlanması məsələsini şərh edərkən danışıb.
“Qarabağın "dövlət qurumları" nədən ötrü "fəaliyyət göstərməlidir?". Ermənistan Respublikası var və onun qurumları fəaliyyət göstərir”, - Xaçaturyan jurnalistlərə bildirib.
Prezident həmçinin vurğulayıb ki, Ermənistanın indiki hakimiyyəti Qarabağı təslim etməyib: "Qarabağ hələ 1991-ci ildə Azərbaycanın bir hissəsi kimi tanınıb".
Bizim.Media