“Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşündə iştirak edəcək".
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, baş nazir dekabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) rəsmi görüşünə qatılacaq.
Bu məlumatın etibarlı olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib:
“Biz İrəvandan səfərlə bağlı dəqiq informasiya almışıq”.
Bizim.Media