"Niyə almanlar və fransızlar dinc yaşaya bilirlər, amma ermənilərlə azərbaycanlılar yaşaya bilmirlər? Sizcə, az müharibə aparıblar? Onlar yüz illərlə döyüşüblər, indi aralarında sərhəd yoxdur".
Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan özünün Facebook səhifəsində yazıb.
"Niyə onlar üçün mümkündür, amma bizim üçün yox? Buna kim qərar verir? Qərar verən şəxs bizim fikrimizi soruşub? Bizim uşaqlarımız müharibədə ölür. Sülh olmalıdır, sülhün alternativi yoxdur", deyə o, qeyd edib.
Bizim.Media