“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” - VİDEO

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bizim.Media xəbər verir ki, “Gecə evimizi ermənilər daşa basırdılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kəndində anadan olmuş Gülsəfa Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb, gənclik illərinin gözəl keçdiyini, kənddə əsasən ruslar, 15 ailə azərbaycanlı, 6-7 erməni ailəsi var idi:

“Biz erməni, rus, bilmirdik. Bizə ermənilər türk deyərdi, ruslar tatar deyərdi. Öz dilimizi bilirdik, bayramlarımızı keçirərdik, yumurta boyayardıq, qapı pusardıq”.

Onun sözlərinə görə, kənddən çıxarkən çox çətinliklərlə üzləşiblər:

“Gecəikən kinoya baxırdıq. Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəklər. Birinci Qazağa gəldik, 5-6 gün qaldıqdan sonra bizi geri qaytardılar. Ondan sonra ara qızışdı, qaçaqaçdıq düşüdü. Biz tankla çıxdıq. Biz oradan çıxanda mənim 29 yaşım var idi. Ailədən 2 nəfər bir çıxdıq, 4 nəfər də bir çıxdıq.

Anam iki uşağımı bir götürdü, kiçik oğlum əlimdə 1 yaş 7 aylıq idi. Gecə evimizi daşa basırdılar. Böyük qızımla kiçik oğlumu kartofun arasında gizlətmişdim. Kartof ləkdə çiçək açmışdı, arasında gizlədirdim. Gündüz olanda bizə çox dəymirdilər, axşamlar bizi çox qorxudurdular. Vanadzor kəndi var idi, orada yaxın adamımızdan öldürdülər, əşyalarını, özlərini yandırdılar.

Oradan qaçıb gəlib bizim rus kəndinə dolmuşdular. Qaynatamgilin evini yandırdılar, özünü döydülər. Elə yarımcan Gəncəyə gətirdilər, elə orada da rəhmətə getdi. 1918-ci ildə nənəmin birinci yoldaşını da, bir dənə də qızını ermənilər öldürmüşdü”.

G.Rüstəmova doğma yurda qayıtmağı çox istədiyini deyib:

“Bu, hər zaman arzumuz olub. Sakitçilik, mehribançılıq olsa, qayıtsaq daha yaxşı olar. İlk gedişimdə birinci qəbiristanlığa gedərdim, ondan sonra da evimə dəyərdim. Hər bir yeri, cığırı tanıyıram. Heç bir cığırımızı unutmamışam. Məzarlarımız, rəhmətə gedənlərimiz orada qaldı. O heç vaxt yaddan çıxmaz. Həmişə öz evimizi, həyətimızı, kəndimizi, dağlarımızı yuxumda görürəm. İnşallah qayıdacağıq. Buna əminik və böyük həvəslə gedəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

End of content

No more pages to load

RADİO