Ermənistan əhalisinin sayı 300 min nəfər azalacaq

BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 min nəfər azalacağını proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilir.

Yerli mütəxəssis, iqtisadçı ekspert Qrant Mikaelyan respublikadakı demoqrafik mənzərəni şərh edərkən bildirib ki, 44 günlük müharibənin nəticələri Ermənistanın növbəti 20 ildə demoqrafik vəziyyətinə təsir edəcək.

Onun sözlərinə görə, Ermənistanın əhalisi yaxın illərdə azalacaq və əgər ölkə 2050-ci ilə qədər BMT-nin 2,6 milyon nəfərlik proqnozunu yerinə yetirə bilsə, bu, yaxşı nəticə olacaq:

“Ermənistandakı mövcud tendensiyaları nəzərə alsaq, proqnoz BMT-nin təqdim etdiyindən də pis ola bilər. Demoqrafiya ölkədə gedən ictimai-siyasi prosesləri əks etdirir”.

“Son 30 ildə Ermənistanda qeyri-bərabərlik dərinləşib, işsizlik artıb, iqtisadiyyatda irəliləyiş yoxdur, eyni zamanda ölkədə artıq asılı olmayan təhlükəsizlik atmosferi pisləşib”, - Mikaelyan bildirib.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.

Ekspert hesab edir ki, 44 günlük müharibənin nəticələri də Ermənistan əhalisinin azalması prosesinə kömək edəcək.

Onun hesablamalarına görə, müharibənin nəticələri yaxın 20 il ərzində Ermənistan əhalisinin sayında təsirini göstərəcək.

Mikaelyan digər risklər arasında miqrasiyanın tempi və doğum səviyyəsini də qeyd edib. Bu mərhələdə miqrasiyanın tempi 2021-ci illə müqayisədə azalıb, Ermənistana müxtəlif ölkələrdən vətəndaşların axını da var. Eyni zamanda, doğum səviyyəsi aşağı olaraq qalır və ölüm nisbəti ciddi şəkildə dəyişmir.

O, həmçinin hesab edir ki, son miqrasiya tendensiyası Ermənistanın etnik mənzərəsinin dəyişməsinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

End of content

No more pages to load

RADİO