"Qarabağ"ın kapitanı Qara Qarayev: "Füzuliyə qayıdacam"

“Füzulinin işğaldan azad olunduğu gün həyatımda, bəlkə də, ən qeyri-adi hisslərdən birini yaşadım”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev Peşəkar Futbol Liqasına müsahibəsində deyib. 

29 yaşlı yarımmüdafiəçi Füzuli rayonunun işğaldan azad olunmasının 2 illiyi ilə bağlı fikirlərini bölüşüb:

“Sevinc, qəhər və digər bütün hisslər bir-birinə qarışmışdı. Bilmirdin sevinəsən, üzüləsən, hansı reaksiya ilə qeyd edəsən. Çünki Füzulinin işğaldan azad olunduğu gün şəhidlərimiz var idi, neçə qəhrəmanımız səmaya ucalmışdı. Bunun da üzüntüsü var idi”. 

Qarayev 1993-cü ildə Füzulinin işğalından sonra yaşadıqları çətinliklərdən bəhs edib:

“Müvəqqəti Beyləqan şəhərində məskunlaşdıq. Ondan sonra Bakıya köçməli olduq. Paytaxtda “Papanin” deyilən qəsəbədə məskunlaşdıq. Ondan sonra həyatımızı Yasamalda davam etdirdik. Xüsusən Birinci Qarabağ Müharibəsinin bizdən aldığı təkcə torpaqlar olmayıb. Bizdən aldığı ümidlər, illərin əziyyəti olub. Bir milyona yaxın qaçqının illərdir qurub, xəyal etdiyi düşüncələri məhv edib. Oradan gəlib burada yenidən həyat qurmaq çox çətin idi.

Müharibəni heç vaxt arzulamaram. Çünki qardaşlarımda və məndə qoyduğu təsirlər var. Bəlkə də, bundan sonrakı həyatımda onları üzərimdən ata bilməyəcəyəm. Bakıya gəldiyimiz zaman qalmağa heç ev də yox idi. İstənilən halda bu gözəl xəbərlə ora qayıtmaq bütün çətinliklərin üstünü bağladı”. 

Yarımmüdafiəçi Bakıya gəldikləri zaman Ulu Öndər Heydər Əliyevin onlarla keçirdiyi görüşü də xatırlayıb:

“Ora tələbə yataqxanası idi və yüzlərlə qaçqın yaşayırdı. Ulu Öndərin bizimlə görüşdə işlətdiyi sözlər heç vaxt yadımdan çıxmır. Dedi ki, sizin vəziyyətiniz hər zaman məni düşündürür, diqqət dairəmdədir və heç vaxt sizi yalnız qoymayacağıq, problemlərinizin həlli üçün əlimizdən gələni edirik”. 

Qara Qarayev gələcəkdə Füzulidə yaşamaq istədiyini də gizlətməyib:

“Ailəmə də demişəm ki, bütün maneələr götürüldükdən sonra dərhal kəndimizə qayıdacağam. Öz evimizin yerində yenidən evimizi inşa etmək, orada yaşamaq istəyirəm. Orada müvəqqəti, yoxsa daimi yaşayacağımı bilmirəm. Bunu zaman göstərəcək”. 

Futbolçu sonda “Füzuli” komandasının Premyer Liqada çıxışı üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirib: “Füzulinin Azərbaycan futboluna qayıtmasında daha çox dəstək olmaq istəyirəm. İndi də “Füzuli” komandası var. Rayon işğaldan azad olunduqdan sonra orada yaşaya biləcək əhalinin sayına görə daha keyfiyyətli, maddi resursları yaxşı olan komanda yaratmaq olar. Xəyalım budur. Allah izin verərsə, hər şey qaydasında olarsa, yenidən “Füzuli”ni Azərbaycan çempionatına qaytarmaq istəyərəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO