İran Səudiyyə Ərəbistanına və Qətərə məxsus "Vijian" tankerini Hörmüz boğazında hədəf alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, İran tərəfi eyni zamanda Qətərin "Al-Rekkayat" tankerinə də hücum edib. Nazirlik İslam Respublikasının bu hərəkətlərini kəskin şəkildə pisləyib.
"Krallıq vurğulayır ki, bu qəbuledilməz addımlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə, həmçinin qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı yönəlmiş bir hücumdur", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 7-də "Reuters" agentliyi öz mənbələrinə istinadən Səudiyyə Ərəbistanı bayrağı altında üzən neft tankerinin Oman sahilləri yaxınlığında, Hörmüz boğazı ərazisində zədələndiyi barədə məlumat yayıb.
Bizim.Media