Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.
Bizim.Media xəbər verir ki, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər.
Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.
Bizim.Media