Arayik Arutyunyan 3 gündür ki, başının dəstəsilə İrəvandadır – Paşinyan onları qəbul etmir

Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan başçılıq etdiyi nümayəndə heyəti ilə 3 gündür ki, İrəvandadır. Separatçıların məqsədi Ermənistan hakimiyyəti ilə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməkdir. Ancaq indiyədək görüş baş tutmayıb və heç bir tərəf problemin nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiosu”nun erməni xidməti yayıb.

Mənbə yazır ki, Xankəndi şəhərindəki etirazlar fonunda Arutyunyan bazar günü nümayəndə heyəti ilə İrəvana gedib.

Mitinqin təşkilatçılarından biri Tiqran Petrosyan nəşrə bildirib ki, səhər İrəvanda olana rejimin “parlament” sədri Artur Tovmasyanla danışıb. O, nümayəndə heyətinin Ermənistan parlamentinin sədrini gözlədiyini deyib. Deməli, Alen Simonyan Rusiyadan geri qayıdacaq və onları qəbul edəcək.
Bu günlərdə İrəvanda olan və müxtəlif görüşlər keçirən baş nazir Nikol Paşinyanın Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətini niyə qəbul etmədiyini isə heç kəs bilmir.

“Birincisi, onlar Paşinyanla görüşməli idilər, çünki Alen Simonyanın danışıqlar prosesi haqqında danışmaq və ya suallara cavab vermək səlahiyyəti yoxdur" deyə  Petrosyan qeyd edib. Qondarma rejimin mətbuat katibi isə iki gündür ki, nəşrin zənglərini cavabsız qoyur.  Nümayəndə heyətinin üzvlərindən rejimin “parlament” sədri Artur Tovmasyan, “xarici işlər naziri” David Babayan, “parlamentin” xarici əlaqələr komissiyasının sədri Vaqram Balayan və Arayik Arutyunyanın müşaviri Masis Mayilyan da zənglərə cavab vermirlər.

Ermənistan hökuməti isə planlaşdırılan görüş barədə yalnız bunları deyib: “Baş tutsa, həmişə olduğu kimi informasiya veriləcək”.

Xankındidə müvəqqəti yaşayan David Petrosyan deyir ki, nümayəndə heyəti İrəvandan gələnədək oturaq aksiyası keçirəcəklər. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yaşayan erməniləri isə Praqadakı dördtərəfli görüşün təfərrüatları, xüsusilə bir sualın cavabı maraqlandırır: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, “Arsax”ın taleyi necə olacaq?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Yüzlərlə ailə köçürüləcək

Yüzlərlə ailə köçürüləcək

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Daha bir məşhur bakılı vəfat etdi

Daha bir məşhur bakılı vəfat etdi

Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO

Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO

"Turan Tovuz" bu gün "Zirə"ni sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Zirə"ni sınağa çəkəcək

Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi

Zaur Baxşəliyev yenə ATV-də: Bu dəfə...

Zaur Baxşəliyev yenə ATV-də: Bu dəfə...

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

Kişinin gözündən metal parçası çıxarıldı – FOTO

Kişinin gözündən metal parçası çıxarıldı – FOTO

“Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm”

“Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm”

Aprelin sonuna qədər inanılmaz şanslı olacaq BÜRCLƏR

Aprelin sonuna qədər inanılmaz şanslı olacaq BÜRCLƏR

End of content

No more pages to load

RADİO