Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artırır - Yapon qəzeti

Yaponiyanın iqtisadi dairələrində geniş nüfuza malik olan “Nikkei” qəzeti Azərbaycanın Avropaya qaz kəmərinin buraxılışını iki dəfə artıracağı barədə xüsusi məqalə yayıb.

Bizim.Media xəbər verir ki, yapon dilində yazılan məqalənin müəllifi qəzetin İstanbul müxbiri Momoko Kiteradır.

Müəllif qeyd edir ki, Xəzər dənizinin sahillərində yerləşən və zəngin təbii ehtiyatlara malik olan Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artıracaq. Bu barədə oktyabrın 6-da tranzit ölkə olan Türkiyə ilə razılıq əldə edilib.
Məqalədə xatırladılır ki, Yunanıstan və Bolqarıstan arasında qazın nəql olunduğu kəmər cari ayın əvvəllərində istifadəyə verilib. Qeyd edilir ki, Avropa bununla qaz təchizatı xəttini şaxələndirməyi və qaz təchizatında bir ölkədən asılılığı aradan qaldırmağa çalışır.

Bildirilir ki, əldə edilmiş razılaşmaya əsasən, Türkiyə ərazisindən keçən qaz kəmərinin gücünün iki dəfə artırılaraq ildə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu barədə oktyabrın 6-da Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməzin məlumat verdiyi qeyd edilir.
Məqalədə 2020-ci ilin sonlarında Azərbaycan qazını Yunanıstana və İtaliyaya çatdıran Cənub Qaz dəhlizinin kommersiya fəaliyyətinə başladığı xatırladılır.

Cari il oktyabrın 1-də kəmərin Yunanıstana və Bolqarıstana ildə 1 milyard kubmetr qaz çatdıran yeni qolunun istifadəyə verildiyi bildirilir.

Avropa komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin sözləri sitat gətirilir: “Bu kəmər Bolqarıstan və Avropa üçün oyunun şərtlərini dəyişəcək”.

Məqalədə cari ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında qaz təchizatının illik ötürülmə gücünün 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması barədə də razılaşma əldə olunduğu qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri sitat gətirilir: “Biz, həmçinin bir neçə yeni qaz yatağında da hasilata başlayacağıq”.
Məqalədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Azərbaycandan Avropaya qaz təchizatının 2022-ci ildə 12 milyard kubmetrə çatdırılacağı barədə fikirlərinə yer verilir və bunun 2021-ci il göstəricisindən 31 faiz çox olduğu vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda 23 yaşlı gənc suda batıb

İsmayıllıda 23 yaşlı gənc suda batıb

Onlar da Vətən üçün döyüşüb... - Qarabağın qəhrəman QADINLARI

Onlar da Vətən üçün döyüşüb... - Qarabağın qəhrəman QADINLARI

Yaponiyada növbəti güclü zəlzələ olub

Yaponiyada növbəti güclü zəlzələ olub

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib - FOTO

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib - FOTO

Rusiyadan vətəndaşlarına - Bu ölkəyə getməyin!

Rusiyadan vətəndaşlarına - Bu ölkəyə getməyin!

Fransada ilk Ebola virusu halı qeydə alınıb - FOTO

Fransada ilk Ebola virusu halı qeydə alınıb - FOTO

Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Venesueladakı zəlzələdə ölənlərin sayı 600-ə çatdı

Venesueladakı zəlzələdə ölənlərin sayı 600-ə çatdı

Moskvada DƏHŞƏT - Soyuducuda beş insan başı tapıldı

Moskvada DƏHŞƏT - Soyuducuda beş insan başı tapıldı

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Filippində 6,7 maqnitudalı zəlzələ olub

Filippində 6,7 maqnitudalı zəlzələ olub

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

Rusiya Qubadlıda uşaq bağçası tikir - FOTO

Rusiya Qubadlıda uşaq bağçası tikir - FOTO

İlk mərhələsi tamamlanan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verildi!

İlk mərhələsi tamamlanan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verildi!

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

End of content

No more pages to load

RADİO