Qərb ölkələrinin ədalət nümayişinin İÇ ÜZÜ - Edillidə törədilmiş erməni vəhşiliyini niyə sükutla qarşıladılar?

Oktyabrın 4-ü Xocavənd rayonunun Edilli kəndində erməni faşistləri tərəfindən vəhşicəsinə qətl edilən Azərbaycanlı hərbi əsirlərin kütləvi məzarlığı aşkar edildi. Aşkar edilən növbəti məzarlıqda 25 hərbçimizin qəddarlıqla qətlə yetirildiyi və əl-ayaqları məftillə bağlanmış, təhqiramiz şəkildə meyitlər bir çalaya tökülərək basdırıldığı aydın oldu.

Erməni quldurlarının 30 il öncə törətdiyi bu vəhşilik faktına qarşı heç bir Qərb ölkəsi və diplomatiyası, barı nəzakət xətrinə də olsa, bir kəlmə açıqlama vermədi.

Hətta kütləvi məzarlıqla bağlı XİN-in yaydığı bəyanata da Qərb ölkələrindən reaksiya gəlmədi. Ən acınacaqlısı da odur ki, ABŞ və Avropa dövlətlərinin ölkəmizdəki səfirliklərinin heç biri ən azından bir paylaşım belə etmədi, nadancasına susdular.
 

MÖVZU İLƏ BAĞLI:

Edillidə aşkarlanan meyit qalıqlarında zədələr və xəsarət izləri var – RƏSMİ  


Amma cəmi bir neçə gün bundan əvvəl guya Azərbaycan əsgərlərinin erməni silahlılarına qarşı törətdiyi qəddarlıq az qala diplomatik sarsıntılara qədər gedib çıxmışdı.

Erməni mətbuatı tərəfindən tirajlanmış bu video hələ həqiqi təsdiqini tapmamış ABŞ konqresmenləri az qala “damarlarını doğrayacaq səviyyədə” şüvən qoparmışdılar. Fransızlar isə bunun qisasını Afrika müsəlmanlarından belə almağa hazır idilər.

Əslində ABŞ və Aİ-nin Azərbaycanı erməni hərbi əsirlərə qarşı işgəncə verməkdə ittiham etməsi ilə eyni vaxtda belə faktın aşkarlanması ibrətamiz bir mənzərə yaratmış oldu.

Baxsın dünya ictimaiyyəti, 30 il öncə işgəncələrlə həlak edilmiş insanlar azərbaycalılardır deyə, onların heç bir hüququ yoxdurmu?

Yoxsa, ABŞ-ın Avropa ölkələrinin ədalət, humanizim tələbi ancaq ermənilər üçün keçərlidir? Yoxsa, bu bir xristian həmrəyliyidir? Minlərlə qətl edilmiş azərbaycanlı müsəlmandır deyə Qərbin gözündə onların yaşamaq və hüquq davası yoxdur?

Bu fakt isə bir daha onu sübut edir ki, istər ABŞ-ın, istərsə də qərbin dünya xalqlarına yanaşma tərzi ikistandartlı və ədalətsizdir.
Onları maraqlandıran ancaq öz çıxarlarıdır. Bu gün Ukrayna siyasətində də bu özünü açıq şəkildə biruzə verir. Dolayısı ilə ukraynalılar da xristian olduqları üçün daha çox onların yanındadırlar və daha böyük anlamda heç Ukrayna da onların umurunda deyil. Yoxsa ki, yüz minlərlə insanın qanı hədərə axıdılmazdı.

Sülh istəyən Qərb 10 noyabr anlaşmasını niyə gözrməzdən gəlir?

Hərçənd ki, bu anlaşmadan sonra ötən 2 ildə Azərbaycanda 150-ə yaxın insan minaya düşüb, həyatını itirib. Eləcə də, 100-ə yaxın hərbçimiz şəhid olub. Yəni Azərbaycan xalqı son 35 ildə olduğu kimi bu gün də terrordan əziyyət çəkir.

Di gəl ki, nə ABŞ, nə də ki, Avropa dövlətləri terrorun qurbanına çevrilən ölkəmiz haqqında heç bir hüquqi addım atmayıb. Bu günədək minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana vermək və təmas xəttində təxribatçı hərəkətlərin durdurulması üçün Ermənistana hansısa təpki göstərilməyib.

Birinci Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. Bu günə qədər onların taleyinə aydınlıq gətirilməsi üçün Qərb heç bir addım atmayıb. Dördüncü Brüssel görüşündə də Azərbaycan Prezidenti bu məsələni gündəmə gətirdi.
Lakin, Qərb yenə susdu. Və yəqin ki, susmaqda davam edəcək. Çünki, yüksək materiyadan danışan Qərb üçün dəyərlər başqadır. Onlar üçün Ağdamda, Kəlbəcərdə minaya düşən azərbaycanlı da, Xersonda, Zaparojyedə ölən ukraynalı da, Suriyada, İraqda qırılan ərəblər də sadəcə statistikadır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Səhər oyanan kimi telefona baxanların nəzərinə

Səhər oyanan kimi telefona baxanların nəzərinə

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Azər Axşamın ölüm xəbəri yayıldı– VİDEO

Azər Axşamın ölüm xəbəri yayıldı– VİDEO

Orta aylıq əməkhaqqı ARTIB

Orta aylıq əməkhaqqı ARTIB

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Azərbaycan əhalisinin gəlirləri ARTDI

Azərbaycan əhalisinin gəlirləri ARTDI

Çeki Çanın Bakıda çəkilən filmindən yeni kadrlar – VİDEO

Çeki Çanın Bakıda çəkilən filmindən yeni kadrlar – VİDEO

Yasamalda açıq sahədə YANĞIN

Yasamalda açıq sahədə YANĞIN

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Hava kəskin dəyişir: Yağış, leysan, dolu.... – BU TARİXƏDƏK

Hava kəskin dəyişir: Yağış, leysan, dolu.... – BU TARİXƏDƏK

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

Kartlara mədaxil limiti ilə bağlı yeni detallar – ABA açıqladı

Kartlara mədaxil limiti ilə bağlı yeni detallar – ABA açıqladı

Bəzi məhsullar bahalaşacaq – SİYAHI

Bəzi məhsullar bahalaşacaq – SİYAHI

AZAL-dan Naxçıvana səfərə hazırlaşan sərnişinlərə MÜRACİƏT

AZAL-dan Naxçıvana səfərə hazırlaşan sərnişinlərə MÜRACİƏT

Zirzəmidə kartof saxlayanda nə baş verir? – EHTİYATLI olun

Zirzəmidə kartof saxlayanda nə baş verir? – EHTİYATLI olun

End of content

No more pages to load

RADİO