Ermənistanda ÇEVRİLİŞ hazırlanır - Rusiya Paşinyanı əvəz edəcək şəxsi GÜNDƏMƏ gətirdi

Rusiya vətəndaşlığından imtina edərək Qarabağa “köçən” rusiyalı milyarder Ruben Vardanyan dünən separatçı qurumun “dövlət naziri” “təyin edilib”. Vardanyanın bu “vəzifə”yə gəlməsini separatçıların lideri sevinclə qeyd edib. Bununla bağlı Arayik Arutyunyan özünün sosial səhifəsində xüsusi paylaşım edib. 

Analitiklərin dediyinə görə, bu hadisə Ermənistanda yeni siyasi proseslərin başlamasından xəbər verir.

Bir məsələ isə gül kimi aydındır ki, hadisələr Kremldə yazılmış senari üzrə inkişaf edəcək. Nəzərə alaq ki, bir müddət əvvəl erməni milyarder Ruben Vardanyan açıq şəkildə Rusiya vətəndaşlığından imtina etdi. Və bunun da mətbuatda geniş şəkildə təbliğatını apardı. Amma nədənsə rəsmi Moskva Vardanyanın bu “özfəaliyyət”inə heç bir reaksiya vermədi. Məhz onda anlaşıldı ki, Vardanın vətəndaşlıqdan imtina məsələsi razılaşdırılmış bir oyundur. 
 

MÖVZU İLƏ BAĞLI:

Arayik Arutyunyan Ruben Vardanyanı separatçı qurumun “dövlət naziri” təyin etdi


Vardanyan niyə 1 sentyabrda bəyanat verdi?

Yada salaq ki, Ruben Vardanyan sentyabrın birində “öz qərarı”nı elan etdi. Bundan cəmi bir gün əvvəl Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilmişdi. Və həmin görüşdə sülh sazişinin imzalanması ilə bağlı qrafik müəyyən edilmişdi. 

Təbii ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlıdır. Amma Kreml bu sülh sazişini özünün layihəsi kimi baxır və bu məsələyə Qərbin qarışmasını istəmir. Di gəl ki, sülh sazişinin bağlanmasında Paşinyan daha çox Qərbin pay sahibi olmasını istəyir. Nikolun ikibaşlı oyunu da təbii ki, rəsmi Moskvanın səbr kasasını daşdırdı. Və Paşinyanın yola salınması prodseduruna start verdi. Kremldə isə Paşinyana ən yaxşı varis Ruben Vardanyanı görür. Çünki, onun bütün varidatı Rusiyadadır. Yəqin ki, Ruben həm də Rusiya xüsusi xidmət orqanlarının ağentidir. Rusiyadan asılı olan belə birisi ilə işləmək Paşinyan kimi qeyri-ciddi birisi ilə işləməkdəna daha asandır. 

Bəs, Ruben Vardanyan niyə İrəvana yox, Xankəndinə gəldi?

Nəzərə alaq ki, 1998-ci ildən 2018-ci ilədək Ermənistanda siyasi hakimiyyətdə məhz qarabağlılar olub. Üstəlik, bu qarabağlılar birbaşa Moskvanın dəyirmanına su töküblər. Lakin, son illər həddən ziyadə korrupsiyaya bulaşdıqları üçün Ermənistanda bütün nüfuzlarını itiriblər.

Son parlament seçkiləri də göstərdi ki, həm Köçəryan, həm də Sarkisyan siyasi cəhətdən ölüblər. Və qərbin adamı olan Paşinyana heç bir təsir imkanları yoxdur. Rusiya çox çalışsa da Nikolu öz adamı edə bilmədi. Tipik erməni kimi Paşinyan hər zaman ikili oyun oynadı və sonda Qərbə sığındı, Qərbin mövqeyini ortaya qoydu. Paşinyan kimi bir millətçidən qurtulmaq üçün Moskva Vardanyan kartını ortaya atdı. Onun az-çox rəğbət qazanması üçünsə Qarabağdan siyasi fəaliyyətə başlaması daha uyğundur. Çünki, Ermənistanda bütün siyasi proseslər hələ də “Artsax” problemi ilə formalaşır.  Moskva da bunu çox gözəl bilir. 

Vardanyan Paşinyanın başı üzərində asılmış “Demokl qılıncı”dır

Çox güman ki, Vardanyan Xankəndində çox qalmayacaq. Ən azı ilin sonunda o İrəvanda aktiv siyasi fəaliyyətə başlayacaq. Amma buna qədər Paşinyanın “yediyini zəhər edəcək”. Necə ki, elə ilk gündəcə Vardanyan bunu etdi. Məhz onun moderatorluğu ilə dünən axşam “Artsax” dan yeni bəyanat səsləndi. Bu bəyanatın əsas hissəsi Paşinyanın siyasi kursunu hədəfə alıb. Bəyanatın diqqət çəkən digər məqamı odur ki, separatçılar Rusiya barədə gözəl fikirlər səsləndiriblər. Məsələn, bəyanatda deyilir ki, Rusiyanın bölgədə yerləşən sülhməramlıları “Arsax” xalqının təhlükəsizliyinin əsas qarantıdır(!), daim burda qalmalıdır(!). 

“Son zamanlar əsas və əbədi müttəfiqimiz olan Rusiyaya qarşı Ermənistanda gedən təbliğatı, münasibətlərin pisləşməsini narahatlıqla izləyirik(!?)”.
 

Göründüyü kimi Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Xankəndində “vəzifə” alması Ermənistanda baş verəcək çox ciddi siyasi proseslərin başlanğıcıdır. Təsadüfi deyil ki, yeni təyinata qədər Vardanyan imkan tapıb Fransaya da səfər edib.


Bildiyimiz kimi ermənilərin ən güclü diasporası məhz Fransadadır. Ruben də çox güman ki, Paşinyandan narazı olan erməni diasporu liderlərinin də xeyir-duasını alıb. Ona görə də əminliklə demək olar ki, Ruben Vardanyan Qarabağa yox, Ermənistanda siyasi hakimiyyətə gəlmək üçün Rusiya vətəndaşlığından imtina edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərnişinlərin DİQQƏTİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin DİQQƏTİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Qarabağ Universitetinin plan yerləri açıqlandı – TAM SİYAHI

Qarabağ Universitetinin plan yerləri açıqlandı – TAM SİYAHI

Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı

Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Səhər oyanan kimi telefona baxanların nəzərinə

Səhər oyanan kimi telefona baxanların nəzərinə

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Orta aylıq əməkhaqqı ARTIB

Orta aylıq əməkhaqqı ARTIB

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Azərbaycan əhalisinin gəlirləri ARTDI

Azərbaycan əhalisinin gəlirləri ARTDI

Çeki Çanın Bakıda çəkilən filmindən yeni kadrlar – VİDEO

Çeki Çanın Bakıda çəkilən filmindən yeni kadrlar – VİDEO

Yasamalda açıq sahədə YANĞIN

Yasamalda açıq sahədə YANĞIN

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Hava kəskin dəyişir: Yağış, leysan, dolu.... – BU TARİXƏDƏK

Hava kəskin dəyişir: Yağış, leysan, dolu.... – BU TARİXƏDƏK

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

End of content

No more pages to load

RADİO