Üçtərəfli danışıq zamanı Ermənistanın sərhəddə törətdiyi son terror aktı MÜZAKİRƏ EDİLİB 

4 oktyabr 2022-ci il tarixində Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirloyinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Blinken arasında telefon danışığı olub


Məlumata görə, 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, 27 sentyabr tarixində Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün, habelə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş 31 avqust tarixli görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq Cenevrədə 2 oktyabr tarixində iki ölkənin xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə sözügedən telefon danışığı yüksək qiymətləndirilib. 

Bildirilib ki, nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşünün təfərrüatlarını diqqətə çatdırıb.

Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər vurğulanıb.

Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib.

Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb. 

ABŞ dövlət katibi Antoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb. 
Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərnişinlərin DİQQƏTİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin DİQQƏTİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Qarabağ Universitetinin plan yerləri açıqlandı – TAM SİYAHI

Qarabağ Universitetinin plan yerləri açıqlandı – TAM SİYAHI

Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı

Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Səhər oyanan kimi telefona baxanların nəzərinə

Səhər oyanan kimi telefona baxanların nəzərinə

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Orta aylıq əməkhaqqı ARTIB

Orta aylıq əməkhaqqı ARTIB

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Azərbaycan əhalisinin gəlirləri ARTDI

Azərbaycan əhalisinin gəlirləri ARTDI

Çeki Çanın Bakıda çəkilən filmindən yeni kadrlar – VİDEO

Çeki Çanın Bakıda çəkilən filmindən yeni kadrlar – VİDEO

Yasamalda açıq sahədə YANĞIN

Yasamalda açıq sahədə YANĞIN

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Avtobusla velosipedçini çətin vəziyyətə saldı - Video

Hava kəskin dəyişir: Yağış, leysan, dolu.... – BU TARİXƏDƏK

Hava kəskin dəyişir: Yağış, leysan, dolu.... – BU TARİXƏDƏK

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

End of content

No more pages to load

RADİO