Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsindən danışdı

“Shusha Chess 2022” turnirində kişilərin yarışında qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bağlanış mərasimində çıxış edib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, təşkilatçılara təşəkkür edən üçqat Avropa çempionu, Azərbaycan milli komandasının üzvü qələbəni şəhidlərə həsr edib: “Şuşada yarışda iştirak etmək xüsusi hisslərdi. Bu şəhərdə ilk şahmat yarışının qalibi olmaq qürurvericidir. Bu yarışda birinci olmağı arzuladığımı gizlətmirəm. Amma rapid yarışından sonra blitsdə mübarizə kifayət qədər çətin oldu. Birinci yeri tutduğuma görə sevinirəm. Şuşada ilk şahmat yarışının qalibi olduğumu heç vaxt unutmayacağam.


MÖVZU İLƏ BAĞLI:

"Shusha Chess 2022"nin qalibləri müəyyənləşib - FOTO

 

Təxminən 22 ildən artıq müddətdə Azərbaycan millisinin şərəfini qoruyuram. Yığmada oynadığıma görə fəxr edirəm. Son aylar çoxlu sayda yarışlarda iştirak edirəm. Lakin son aylar turnirlərdə tez-tez birinci olmaq alınmır. Düşünürəm ki, yaşlanırıq. Hər il yaşımızın üstünə yaş gəlir.

Şuşa turnirinin qalibi olduğuma görə xoşbəxtəm. İnanın, “Shusha Chess” dünyanın aparıcı turnirlərindən geri qalmadı. Şuşada indi quruculuq işləri aparılır. Bir müddət sonra şəhər daha da möhtəşəm olacaq. Amma ilk şahmat turnirində də təşkilatçılıq ən yüksək səviyyədə idi. Qonaq şahmatçıların hər biri mənim fikrimi təsdiqləyir. Təşkilatçılığa və ümumiyyətlə Azərbaycan şahmatçılarına daim dəstək olduğuna görə Mahir Məmmədova təşəkkürümü bildirmək istərdim.

Şuşanın qəlbimizdə yeri xüsusidir. Bu şəhər uğrunda gedən döyüşlərdə bizim ailənin də itkiləri oldu. Fərid və Qubad şəhidlik zirvəsinə yüksəldi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı

Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - RƏSMİ AÇIQLAMA

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - RƏSMİ AÇIQLAMA

Nepal sel fəlakətilə bağlı “Meta” və “TikTok”a çağırış etdi

Nepal sel fəlakətilə bağlı “Meta” və “TikTok”a çağırış etdi

Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ

Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ

Norveçdə yeni kralın andiçmə tarixi məlum oldu

Norveçdə yeni kralın andiçmə tarixi məlum oldu

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Brilliant Dadaşova dənizdən görüntülərini paylaşdı – VİDEO

Brilliant Dadaşova dənizdən görüntülərini paylaşdı – VİDEO

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Azərbaycan və Belarus XİN-ləri arasında mühüm dialoq: Nələr müzakirə olundu? - FOTO

Azərbaycan və Belarus XİN-ləri arasında mühüm dialoq: Nələr müzakirə olundu? - FOTO

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI

End of content

No more pages to load

RADİO