Xəzər dənizinin ən böyük barjı əsaslı təmir olunub - VİDEO

Dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istifadə olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “STB-1” barjı “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.

Bizim.Media “seanews.az” saytına istinadən xəbər verir ki, təmir çərçivəsində barj üzrə baş mühərriklər, nasoslar, kompressorlar, buraxıcı hava balonları, boru sistemləri, göyərtədə yerləşən mexanizm və avadanlıqlar, dib-yan armaturları, protektor qurğuları təmir olunub, köməkçi mühərriklər sazlanıb.

Gəminin generatorları, işıqlandırma sistemləri, elektrik avadanlıqları, və idarəetmə sistemlərində də təmir işləri aparılıb.

“STB-1”-in sağ və sol göyərtəsində yerləşən qoruyucu tirlərin müəyyən hissələri isə modifikasiya olunub.

Bundan başqa, təmir çərçivəsində zəncir qutuları, lövbər zəncirləri, gəminin sualtı, suüstü hissəsi, ballast çənləri, yük göyərtəsi, maşın şöbəsi və mexanizmlər təmizlənərək rənglənib.
Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda da zəruri işlər yerinə yetirilib. 

Təmirdən yeni çıxan barj Azəri-Mərkəzi-Şərqi layihəsində istismar olunması üçün bp şirkətinə icarəyə verilib.

Məlumat üçün bildiririk ki, “STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

End of content

No more pages to load

RADİO