Rusiyada kimlərin qismən səfərbərliyə və Ukraynadakı müharibəyə aparılmayacağı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu tələbələr və çağırışçıların qismən səfərbərliyə və xüsusi əməliyyata göndərilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində qismən səfərbərliyin ancaq hazırda ehtiyatda olanlara, ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş və xüsusi hərbi ixtisasa malik olan vətəndaşlara şamil edildiyini açıqlayıb.
Bizim.Media