Sosial şəbəkələrdə İran parlamentinin keçmiş sədri, hazırda Fars Dili Akademiyasının prezidenti və ən nəhayət ölkənin ali rəhbəri Əli Xameneyinin qudası olan Qulaməli Həddad Adilin İranda yaşayan bacısı qızının İslam qaydalarına zidd, açıq-saçıq, özü də spirtli içki ilə yanaşı yeni fotosesiyası yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Azad İran” “Telegram” kanalı yayıb.
Qeyd edək ki, bir neçə gün öncə Tehranda Məhsa Əmini adlı 22 yaşlı günahsız qız İranın hökumət qüvvələri tərəfindən hicaba görə vəhşiçəsinə döyülərək komaya salınıb və nəticədə həyatını itirib. Bununla bağlı ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Bizim.Media