İranın paytaxtı Tehranda ixtişaşlarla müşahidə edilinən etiraz aksiyaları davam edir.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, aksiya iştirakçıları etiraz əlaməti olaraq zibil qablarına od vurublar. Onlar ölkə rəhbərliyi əleyhinə şüarlar səsləndirirlər.
Xatırladaq ki, iki gün öncə Tehranda 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən döyülərək qətlə yetirilib. Buna etiraz edən qadınlar baş örtüklərini yandırmağa başlayıblar.
Bizim.Media