“Ukrayna ordusunun 2022-ci ilin sonuna qədər rus qoşunlarını fevralın 23-dəki mövqelərinə geri çəkmək üçün hər cür şansı var. Krımın qaytarılması hələ 2023-cü ildə mümkündür”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna mətbuatına ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib.
"Əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Onlar orduya qatılmırlar. Kreml Şimali Koreya, Afrika və Suriyada ehtiyat qüvvələr axtarır. Hətta həbsxanalarda kimisə Rusiya ordusunda döyüşməyə məcbur edir. Bütün bunlar rusların zəifliyini və tükəndiyini göstərir”, - ABŞ-lı hərbçi bildirib.
Hocesin sözlərinə görə, növbəti bir neçə həftə ərzində Ukraynanı ağır döyüşlər gözləyir və potensial olaraq Rusiya qoşunları pərən-pərən olacaq:
“Onların vəziyyəti tezliklə yaxşılaşdıra biləcəklərini görmürəm. Bununla belə, biz (ABŞ) Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.
Bizim.Media