“Ermənistan nə üçün yenə “Minsk Qrupu"nu axtarır?” - New Straits Times

Malayziyanın ingilisdilli “New Straits Times” (NST) qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Rafiq Rüstəmovun məqaləsini dərc edib.

Bizim.Media xəbər verir ki, “Ermənistan nə üçün “sülh məşqçisi” axtarır?” sərlövhəli məqalədə son aylarda bu ölkənin rəhbərliyinin ATƏT-in Minsk Qrupunun yenidən fəallaşdırılması ilə bağlı cəhdlərinin arxasındakı niyyəti təhlil edilir.


Diplomat yazır ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bu kartdan istifadə edərək, Azərbaycan və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlarda daim islaholunmaz davranış göstərirdi. Ermənistan rəhbərliyi ötən müddət ərzində belə davranışları ilə bir tərəfdən ölkə daxilində öz avtoritarlığını bərqərar etmiş, digər tərəfdən isə sadə ermənilərin sülh və birgəyaşayış barədə anlayışlarını, eləcə də rasional düşünmə qabiliyyətini ciddi pozuntuya məruz qoymuşdur.

R.Rüstəmov qeyd edir ki, buna görə də 44-günlük müharibəni başa çatdıran 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycan bir neçə xoşniyyətli jestlər etsə də, Ermənistan tərəfi nəinki bunlara cüzi səviyyədə də olsa müsbət qarşılıq vermiş, hətta minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etmiş, Kəlbəcər və Laçını tərk edən ermənilər isə evləri və meşəlik əraziləri yandıraraq təxribata əl atmışlar.

Məqalədə müəllif Ermənistanın siyasi-hərbi rəhbərliyinin sülhlə olan probleminin son aylarda başqa bir nümunə ilə özünü büruzə verdiyini yazır:

“Ermənistan rəhbərliyi ciddi-cəhd göstərərək, Bakı ilə danışıqların 1992-ci ildən bəri həll yolunun tapılmasında uğursuzluğa düçar olmuş ATƏT-in Minsk Qrupu çərçivəsində yenidən başladılmasının zəruriliyini bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il 12 aprel tarixli çıxışında həmsədrlərin uzun illər boyu yüz dəfələrlə Azərbaycan və Ermənistana səfər etdiyini, nəticənin isə sıfır olduğunu bildirib”.

Sonra diplomat sual edərək yazır ki, hazırda Ukrayna ətrafında davam edən böhran fonunda həmsədr ölkələr arasında təmasın və birgə iş qabiliyyətinin məhdud olduğunu bilən Ermənistan rəhbərliyi nə üçün ATƏT-in Minsk Qrupunu “sülh məşqçisi” kimi fəallaşdırmağa cəhd edir?

Müəllif qeyd edir ki, bu, birinci növbədə üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmək istəməyən, lakin bunu açıq şəkildə bəyan etməkdən çəkinən Ermənistanın öz gizli və təftişçi gündəliyi üçün vaxt qazanmaq, beləliklə sülh prosesini ləngitmək, bu prosesə müəyyən mənada zərər vermək niyyəti ilə bağlıdır.
Digər səbəb kimi isə müəllif bildirir ki, bu gün Ermənistan cəmiyyəti 44 günlük müharibədəki ağır məğlubiyyətin səbəbini hazırkı rejimdə görür.

Beləliklə, Ermənistan hakimiyyəti ATƏT-in Minsk Qrupunu yenidən proseslərə qoşaraq qarşıdakı dövrdə aparılacaq danışıqlarda məsuliyyətdən yaxa qurtarmağa cəhd edir.

Müəllif sonda yazır:

“Hər bir halda hazırda Yerevanda saxta gündəlik əsasında ATƏT-in Minsk Qrupunun yenidən canlandırılması ilə bağlı yaranmış səs-küy yan təsir kimi təkcə həmsədr ölkələrin problem həll edə bilmə nüfuzuna xələl gətirməyəcək. Eyni zamanda, qarşıdakı dövrdə mürəkkəb ölkədaxili və xarici problemləri həll etmək üçün Ermənistan hakimiyyəti tərəfindən “xilasedici gödəkcə” kimi nəzərdə tutula bilər”.

Qeyd edək ki, NST qəzeti Malayziya ilə yanaşı, geniş Cənub-Şərqi Asiya regionunda ən aparıcı gündəlik nəşrlərdən hesab olunur. Bu qəzetin həftəlik baxış sayı təqribən 4,5 milyon nəfərə çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

End of content

No more pages to load

RADİO