"Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə Niderland Qran Prisinin qalibi olub.
Bizim.Media xəbər verir ki, yarışı ikinci yerdə "Mercedes" komandasının pilotu Corc Rassel (+4,071 saniyə), üçüncü yerdə isə "Ferrari" komandasının pilotu Şarl Lekler (+26,886 saniyə) başa vurublar.
Qeyd edək ki, növbəti "Formula 1" üzrə İtaliya Qran Prisi 9-11 sentyabr tarixlərində keçiriləcək.
Bizim.Media