Türkiyənin məşhur müğənnisi Rafet El Roman rəqsi ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, Tekirdağda konsert proqramı ilə çıxış edən sənətçi ifa etdiyi mahnısının sədaları altında cuşa gələrək, rəqs edib.
54 yaşlı Rafetin səhnədə çılğın hərəkətləri onu seyr etməyə gələn tamaşaçıları təəccübləndirib. Həmin anlar sosial şəbəkələrdə paylaşıldıqdan sonra “viral” olub. İzləyicilər müğənninin coşqulu rəqsini maraqla qarşılayıblar.
Rəşad Əliyev, Bizim.Media