“Vətənim adına ilkə imza atdığıma, Avropa Çempionatının gümüş medalını qazandığıma görə çox şadam!”.
Bizim.Media xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə Facebook səhifəsində yazıb.
“Bu günlərdə hər birinizin dəstəyini hiss edirdim. Hər birinizə təşəkkür edirəm. Yola davam!”, deyə o yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionatında bürünc medala sahib olub.
Bizim.Media
