Xalq artisti Qurban İsmayılov açıq ürək əməliyyatı keçirib.
Bizim.Media xəbər verir ki, infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən sənətkarın əməliyyatı dörd saat davam edib.
"Ata ocağı" serialında Nazim obrazını canlandıran Q.İsmayılova əməliyyatdan sonra "Xəzər" televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşov baş çəkib. Həkimlər onun sabah xəstəxananı tərk edəcəyini və müalicəsini evdə davam etdirəcəyini söyləyiblər.
Rəşad Əliyev, Bizim.Media