Xəbər verdiyimiz kimi, Xalq artisti Emin Ağalarov işğaldan azad edilmiş Kəlbəcərdə hərbi hissələrin birində həmkarı “Jony” ilə birgə əsgərlər qarşısında konsert verəcəyi ilə bağlı açıqlama vermişdi.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə sənətçinin konsert proqramı ilə çıxış etdiyi görüntülər yayılıb.
Videoda Emin “Давай сбежим в Баку” (Gəlin, Bakıya qaçaq) və digər hitləri ilə əsgərlərin əhval-ruhiyyəsinə dəstək olub.
Rəşad Əliyev, Bizim.Media