Xalq artisti Emin Ağalarov bu gün Kəlbəcərə gedəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ilə duet oxuduqları “Лунная ночь” nəğməsinin klip təqdimatında söyləyib.
“Bu gün “Jony” ilə birgə Kəlbəcərə gedəcəyik. Konsertlə əsgərlərimizin əhval-ruhiyyəsinə dəstək olacağıq. Biz bunu çoxdan etmək istəyirdik, lakin əvvəllər bu təhlükəsiz deyildi və buna görə də ora getməyimizə tam icazə verilmirdi. Ancaq indi belə bir fürsət var. Bizim çoxlu sayda sənətkarlarımız var ki, onlar vətən sevgisi ilə bunu təmənnasız həyata keçirirlər” – deyə E.Ağalarov bildirib.
Rəşad Əliyev, Bizim.Media